Ukraynanın paytaxtı Kiyevin mərkəzində atışma baş verib, yaralılar var


Dünya 14 Dek 2017 04:12:07 260 0

Ukraynanın paytaxtı Kiyevin mərkəzində atışma baş verib, yaralılar var

Mübahisə iştirakçılar silahlardan və qaz balonlarından istifadə edib

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində iki qrup arasında yaranan mübahisə atışma ilə nəticələnib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, münaqişə Vasilkovski küçəsində yerləşən, pizza hazırlanan məntəqənin yaxınlığında baş verib.

Mübahisə iştirakçıları silahlardan və qaz balonlarından istifadə edib.

Nəticədə altı nəfər xəsarət alıb. Onlardan biri kəllə travması alıb, digəri isə əlindən yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dördü gözyaşardıcı qazdan xəsarət alıb.

Hadisənin təfərruatları müəyyənləşdirilir.