Kanadada silahlı şəxs bankda 10 nəfəri girov götürüb


Dünya 14 Dek 2017 01:13:20 263 0

Kanadada silahlı şəxs bankda 10 nəfəri girov götürüb

Onların arasında bankın əməkdaşları və müştəriləri də var

Kanadada silahlı şəxs bankda 10 nəfəri girov götürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Voqan şəhərində baş verib.

Məlumata görə, cinayətkar 10 nəfəri girov saxlayıb. Onların arasında bankın əməkdaşları və müştəriləri də var.

Polis ərazini əhatəyə alıb. Hüquq-mühafizə orqanları cinayətkarla əlaqəyə girərək, girovların azad olması şərtlərini razılaşdırmaq istəyirblər.

Girovlardan heç birinin xəsarət almadığı bildirilir.