Səfir: Azərbaycan Qafqazda Qazaxıstanın əsas iqtisadi və strateji tərəfdaşıdır


Digərləri 14 Dek 2017 00:01:00 206 0

Səfir: Azərbaycan Qafqazda Qazaxıstanın əsas iqtisadi və strateji tərəfdaşıdır

Azərbaycan Qafqazda Qazaxıstanın əsas iqtisadi və strateji tərəfdaşıdır

Bakı. Əli Mustafayev - Azərbaycan Qafqazda Qazaxıstanın əsas iqtisadi və strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstanın müstəqilliyinin 26 illiyinə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib. O, deyib: "Müstəqillik illəri ərzində Azərbaycan və Qazaxıstan arasında etimad və hüquq bərabərliyi üzərində qurulmuş möhkəm və dost münasibətlər inkişaf edib. Bu münasibətlər ildən-ilə daha da möhkəmlənir. Qarşılıqlı faydalı əməkdaşlığın çox böyük potensialı Azərbaycan və Qazaxıstan əlaqələrinin parlaq gələcəyini görməyə imkan verir". Səfir əlavə edib ki, son 10 il ərzində Azərbaycan milli iqtisadiyyatın inkişafında böyük irəliləyişə çatıb: "Biz Azərbaycan Respublikasının artan təsirini görməkdən məmnunuq". B.İsabayev qeyd edib ki, bu gün Azərbaycan qlobal enerji siyasətinin əsas regional iştirakçılarından biridir. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan səfirini və bütün Qazaxıstan xalqını müstəqilliyin 26 illiyi münasibəti ilə təbrik edib. Nazir qeyd edib ki, müstəqillik dövründə Qazaxıstan Prezident Nursultan Nazarbayevin rəhbərliyi altında regionun aparıcı ölkələrindən birinə çevrilib: "Qazaxıstanla Azərbaycan arasında münasibətlər bir çox sahələrdə, xüsusən də enerji sahəsində dinamik inkişaf edir və bu, möhkəm qarşılıqlı əməkdaşlığın nümunəsidir". P.Şahbazov Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ikitərəfli əməkdaşlığın bugünkü nəticələrinin əldə olunmasında mühüm rolunu qeyd edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin