2018ci ildə səyahət üçün MARAQLI MƏKANLAR SİYAHI FOTO


Digərləri 13 Dek 2017 23:54:23 287 0

2018ci ildə səyahət üçün MARAQLI MƏKANLAR  SİYAHI  FOTO

2018-ci ildə səyahət üçün ən maraqlı məkanların siyahısı açıqlanıb.

Son.az xəbər verir ki, "National Geographic" jurnalının tərtib etdiyi reytinqə əsasən birinci yerdə Efiopiyanın Harar şəhəridir. Səyahət üçün buranı seçən turistlərdə 82 məscid maraq yarada bilər. Bundan başqa, ölkənin ən yaxşı pivəsi və kofesinin dadına baxa bilərlər. Həyəcanın pik nöqtəsi isə gecələr olur. Faktdır ki, gecələr bu şəhərdə kaftarlar dolaşır. Hətta onların xüsusilə qidayla təmin olunduğu bildirilir.

Reytinqdə ikinci sırada Argentinanın Jujuy əyaləti gəlir. Buranı cəlbedici edən əsas səbəb UNESCO-nun Ümumdünya İrsi siyahısına da düşən Kebrada-de-Umauaka vadisidir. Mənzərəli qayalarla mühasirəyə alınmış bu yer ən qədim vaxtlardan var. Ovçuluqla məşğul olan ibtidai tayfalar bu ərazidə hələ bizim eradan əvvəl 9000-ci ildə yaşamışdır.


Xəbərə aid fotolar