İsrail ordusu Qəzza zolağından buraxılan iki raketi vurub


Dünya 13 Dek 2017 23:41:41 281 0

İsrail ordusu Qəzza zolağından buraxılan iki raketi vurub

Xəsarət alanlar barədə məlumat verilməyib

İsrail hərbçiləri Qəzza zolağından buraxılan iki raketi vura bilib

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata, bu barədə məlumatı İsrail ordusu yayıb.

Xəsarət alanlar barədə məlumat verilmir. 25 min nəfərin yaşadığı Sderota şəhərində həyəcan təbilləri çalınıb.

Fələstinlilərin yaşadığı anklavdan İsrail ərazisinə raket zərbələrin endirilməsi ötən həftədən başlayaraq çoxalıb. Bu, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxı tanınması qərarını elan edəndən sonra baş verib.