41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu


Digərləri 13 Dek 2017 23:21:00 295 0

41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu

"Leyla və Məcnun" serialında "Ağ saqqalı dədə" obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyublar.

Son.az axşam.az-a istinadən bildirir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Tərəflər proses zamanı bir-birinə qarşı hər hansı maddi və mənəvi təzminat tələbi irəli sürməyiblər. Qarşılıqlı şəkildə razılaşaraq boşandıqlarını deyən Jalə və Köksalın 41 illik ailə həyatı mübahisəsiz bitib.