Qəbizliyin qarşısını alan


Digərləri 13 Dek 2017 22:55:00 313 0

Qəbizliyin qarşısını alan

Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Son.az saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.

Kişmiş suyunun hazırlanması:     Kişmiş suyunu hazırlamaq çox asandır. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür. Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.   Qeyd edək ki, kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.   Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.