3 yaşlı uşaqda NADİR XƏSTƏLİK


Digərləri 13 Dek 2017 22:28:00 439 0

3 yaşlı uşaqda NADİR XƏSTƏLİK

Kanadanın Monreal şəhərində yaşayan 3 yaşlı Mircah təbii şaftalıdan başqa heç bir şey yeyə bilmir. Nadir xəstəlikdən əziyyət çəkən uşaq dünya mediasını şoka salıb.

Son.az xəbər verir ki, çox nadir rast gəlinən xəstəlik "Entrokolit" sindromu (FPIES) adlanır. Bir növ allergiyanı xatırladan xəstəlik təbii şaftalıdan başqa bütün qidalara reaksiya verir. 3 yaşlı Mircah bütün qidalara qarşı allergik reaksiya verir, qusur.

Həkimlərin sözlərinə görə, sözügedən xəstəlik qida zülallarla bağlı olaraq inkişaf edir və şaftalı xaricində hər cür qidaya qarşı bir növ əks reaksiya göstərir. Xəstəliyin əlamətləri arasında qida qəbulundan sonra qusma, qızdırma, ishal və s. müşahidə edilir.


Xəbərə aid fotolar