Ermənilər ölkədən qaçır BMT Ermənistanla bağlı hesabat yaydı VİDEO


Dünya 13 Dek 2017 21:33:00 282 0

Ermənilər ölkədən qaçır  BMT Ermənistanla bağlı hesabat yaydı  VİDEO

Hazırda Ermənistanın əhalisi rəsmi statistikaya görə 3 milyondan bir qədər çoxdur. Lakin ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur. Mütəxəssislərin hesablamalarına görə, 2016-ci ildən cari ilin oktyabrına qədər Ermənistanda əhalinin sayi 14 min nəfər azalıb. Bu minvalla Ermənistanin əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyona nəfərə enəcək. Bu isə 9,6 faizlik azalma deməkdir.

Son.az bildirir ki, BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikasi ilə bağlı hesabatında bildirilir ki, 2100-cü ildə Ermənistanda vur-tut 1,793 milyon adam yaşayacaq.

Bu gün Ermənistanda yaşayan hər bir erməni çiynində dövlətin 5 min dollarlıq xarici borcunu daşıyır. Erməni hökuməti isə vəziyyəti düzəltmək, iş yerləri açmaq, sosial proqramlar həyata keçirmək əvəzinə hərbi siyasətə girişib. Ermənilərin iş və qazanc dalınca başqa ölkələrə, daha çox Rusiyaya qaçmaları barədə İrəvanın ictimai təşkilatları xeyli vaxtdır həyəcan təbili çalırlar. Əvvəllər onlar tək tək xaricə gedirdilərsə, indi ailələləri ilə birdəfəlik köçüb getməyə üstünlük verirlər. Ermənilərin ölkədən qaçmasının başlıca səbəbi işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir. Valideyinlər övladlarının Dağlıq Qarabağda hərbi xidmətə göndərilməsinin əleyhinədirlər.