Azərbaycanda bir ölkə sakini ayda ərzağa, tütünə və içkiyə 145,9 manat xərcləyib


Digərləri 13 Dek 2017 21:01:41 223 0

Azərbaycanda bir ölkə sakini ayda ərzağa, tütünə və içkiyə 145,9 manat xərcləyib

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olub.

Bakı. Elçin Mehdiyev - 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olub. Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələyib. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.