"El Clasico" bu hakimə həvalə olundu


Dünya 13 Dek 2017 20:42:00 453 0

"El Clasico" bu hakimə həvalə olundu

Dekabrın 23-də "Barcelona" və "Real" arasında keçiriləcək "El Clasico" üçün təyinatlar açıqlanıb.

Son.az goal.az-a istinadən xəbər verir ki, oyunun baş hakimi Xose Mariya Sançez Martinez olacaq. Martinez artıq bir dəfə İspaniya nəhənglərinin qarşıdurmasını idarə edib. Bu, ölkə Superkubokunun cavab oyununa təsadüf edib. Həmin oyunda "Real" evdə 2:0 hesablı qələbə qazanmışdı.

Cari mövsüm La Liqada mursiyalı referi hər iki komandanın 1 oyununda fit sahibi olub. Bu oyunlarda "Real" və "Barcelona"nın qələbəsi qeydə alınıb.

05.11.2017. "Real" - "Las Palmas" - 3:0 (La Liqa, 11-ci tur)