"Anası işə getmir, heç olmasa balası getsin..." Yeganə VİDEO FOTO


Şou-biznes 13 Dek 2017 20:50:00 402 0

"Anası işə getmir, heç olmasa balası getsin..."  Yeganə  VİDEO  FOTO

Son.az bildirir ki, ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi müğənni Yeganə olub.

Müğənni Yeganə hələlik tək övlad sahibi olmasına baxmayaraq, çoxuşaqlılıqdan bir şikayətləndi ki, gəl görəsən. Deyəsən, ifaçının oğlu onu yaman yorur?

"Tək övladım var, 3-4 olsaydı, yəqin ki, yanıma salıb gəzdirərdim. Bir övladım var, ancaq elə bilirəm ki, 10 uşağa baxıram. Deyirəm, bu camaat 2-3, 4 uşağa necə baxır? Allah onlara güc, qüvvət versin, səbr versin".

Oğlu Ömərin kifayət qədər yükləndiyini, yorulduğunu etiraf edən müğənni övladının səhərdən-axşama kimi elə o yana, bu yana qaçdığını söylədi.

"Səhər dərsə gedir, dərsdən gəlir, məşğələyə gedir, məşğələdən gəlir, o biri məşğələyə gedir. Sonra da idmana yollanır. Bir də baxır ki, artıq gecə olub, yatırıq. Bax, gün ərzində işlərimiz bundan ibarətdir. Anası işə getmir, heç olmasa balası getsin".


Xəbərə aid fotolar