"Google"da 2017ci ildə ən çox bu aktyorlar və musiqiçilər axtarılıb


Digərləri 13 Dek 2017 20:36:00 263 0

"Google"da 2017ci ildə ən çox bu aktyorlar və musiqiçilər axtarılıb

"Google" şirkəti 2017-ci ilin ən populyar axtarış mövzularını açıqlayıb. 

Son.az report-a istinadən xəbər verir ki, aktyorların siyahısında ilk yeri "Fors-major" serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı Meqan Markl tutub.

Siyahıda ikinci yerdə cinsi təcavüz ilə gündəmə gəlmiş Kevin Speysi qərarlaşıb. "Möcüzəvi qadın" filmində baş rolu oynayan Qal Qadot isə üçüncü olub.

Musiqi reytinqinin lideri Mançesterdəki konserti zamanı terror aktı törədilən müğənni Ariana Qrande olub.