İstanbulda Ərdoğan və Ruhaninin görüşü keçirilir


Dünya 13 Dek 2017 20:40:00 260 0

İstanbulda Ərdoğan və Ruhaninin görüşü keçirilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda iranlı həmkarı Həsən Ruhani ilə görüşü keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə liderlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısının yekunlarını və regional məsələləri müzakirə edirlər.

Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.