Nigeriyada xarici diplomatların iştirakı ilə Azərbaycanın Dostları Təşkilatının təqdimatı FOTOLAR VİDEO


Digərləri 13 Dek 2017 20:26:00 280 0

Nigeriyada xarici diplomatların iştirakı ilə Azərbaycanın Dostları Təşkilatının təqdimatı  FOTOLAR  VİDEO

Bu günlərdə Nigeriyada möhtəşəm Azərbaycanın Dostları Təşkilatının təqdimatı keçirilib.

Bu barədə Son.az-a məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"60-dan yuxarı insanın iştirakı ilə keçirilən tədbirdə iri şirkət rəhbərləri, Fransanın Laqosdakı konsulu Laurent Polonceux, Almaniyanın konsulu  Inqo Herbert, İspaniyanın konsulu Octavio Auqustin Uno Rodriquez iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb. Daha sonra "Azerbaijan Land Of Future" filmi qonaqlara təqdim edilib. Tədbir, xüsusilə xarici şirkət rəhbərlərinin maraq dairəsində olub.

Təşkilatın sədri Nigeriyanın siyasi-ictimai biznes dairələri ilə geniş əlaqələrə malik Billurə Bayramova, müavini isə Zaur Mansurov seçilib. 


Xəbərə aid fotolar