Koutnyo gedir: "Liverpool" rəhbərliyi ilə razılıq əldə olundu


İdman 13 Dek 2017 20:10:00 249 0

Koutnyo gedir: "Liverpool" rəhbərliyi ilə razılıq əldə olundu

Son vaxtlar "Liverpool"un yayda Filippe Koutinyonu "Barcelona"ya satacağı barədə xəbərlərin sayı artır. Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Mersesayd klubunun bossları ilə razılığa gəlib. "Qırmızılar" ötən yayda olduğu kimi ona görə 200 milyon avro və ona bənzər pullar tələb etməyəcək. Transferin maksimum 140 milyon avroya başa gələcəyi güman edilir. "Barcelona"nın Koutinyo ilə şəxsi müqaviləni razılaşdırmasına da ehtiyac olmayacaq. Tərəflərin ötən yay ortaq məxrəcə gəldiyi 5 illik müqavilə saxlanılacaq.