Bu il Azərbaycanın ixrac STATİSTİKASI - 12 milyard dolları ötüb


Digərləri 13 Dek 2017 20:04:23 192 0

Bu il Azərbaycanın ixrac STATİSTİKASI - 12 milyard dolları ötüb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub.

Bakı. Elçin Mehdiyev - 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub. Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 500,6 milyon dollar, idxalın dəyəri 6 milyard 958,4 milyon dollar təşkil edib, nəticədə 5 milyard 542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla, Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan 20,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.