Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illik yubileyi keçiriləcək


Digərləri 13 Dek 2017 19:48:15 258 0

Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illik yubileyi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Bakı. Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Trend-in məlumatına görə, tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasına həsr edilmiş silsilə konsertlər çərçivəsində məktəbin nəfəs alətləri şöbəsinin müəllim və şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.