Diriliş Ertuğrul” tamaşaçılarına pis xəbər


Dünya 13 Dek 2017 19:36:00 243 0

Diriliş Ertuğrul” tamaşaçılarına pis xəbər

4 mövsümdür ekranlarda olan və hər seriyası ilə rekord qırmış "Diriliş Ertuğrul" bu həftə yayımlanmayacaq.

Mlli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb çəkiliş meydançasında yanğın hadisəsinin baş verməsidir. 

Filmi istehsal edən şirkət bu barədə açıqlama verərək yanğın zamanı bəzi avadanlıqların zərər gördüyünü və bu səbəbdən bir həftə ekran işinin ləngiyəcəyini bildirib. O, 99-cu bölümün dekabrın 20-də yayımlanacağını vurğulayıb.