PSG və "Monaco"nun maliyyə fəaliyyəti araşdırılıb


İdman 13 Dek 2017 19:13:00 263 0

PSG və "Monaco"nun maliyyə fəaliyyəti araşdırılıb

Fransa Peşəkar Futbol Liqası (LFP) PSG, "Metz" və "Monaco" klublarına qarşı sanksiya tətbiq etməyəcək. Goal.az xəbər verir ki, qurumun peşəkar klubların maliyyə vəziyyətinə nəzarət edən komissiyası qeyd olunan 3 klubun fəaliyyətində qanun pozuntusu aşkar etməyib. Daha öncə sözügedən komissiya "Lille" klubuna transfer qadağası qoymuşdu. PSG-nin maliyyə fəaliyyəti, həm də "Financial fair play"in pozulması şübhəsi ilə UEFA tərəfindən araşdırılır.