Beynəlxalq Muğam Mərkəzində "Muğam və Mənəviyyat" adlı layihənin növbəti konserti keçiriləcək


Kriminal 13 Dek 2017 18:42:00 298 0

Beynəlxalq Muğam Mərkəzində "Muğam və Mənəviyyat" adlı layihənin növbəti konserti keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində "Muğam və Mənəviyyat" adlı layihənin növbəti konserti keçiriləcək.

Dekabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" Kanalının birgə təşkilatçılığı ilə "Muğam və Mənəviyyat" layihəsi silsiləsindən "Hümayun" dəstgahı adlı növbəti konsert keçiriləcək.

Gecədə  Xalq artisti Gülyanaq Məmmədova "Çahargah", Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov "Şur", xanəndə Kamilə Nəbiyeva "Zabul" muğamlarından parçalar, xalq mahnıları və təsniflər səsləndirəcəklər. 

Tanınmış xanəndə Fəraməz Gərmrudi  isə "Hümayun" muğamını ifa edəcəkdir.

Xanəndələri "Könül" instrumental ansamblı maşayiət edəcəkdir. Ansamblın bədii rəhbəri Xalq artisti, tarzən Əliağa Sədiyevdir.