Azərbaycan Prezidenti keniyalı həmkarını təbrik edib


Siyasət 13 Dek 2017 18:02:00 187 1

Azərbaycan Prezidenti keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: 

Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram.