Luiza Sello Bakıda Yeni il konserti ilə çıxış edəcək


Digərləri 13 Dek 2017 17:35:00 270 0

Luiza Sello Bakıda Yeni il konserti ilə çıxış edəcək

29 dekabr saat 19:00-da, Bakı Beynəlxalq Muğam Mərkəzində İtaliyalı musiqiçi Luiza Sellonun Yeni il performansı keçiriləcək.

Luiza Sello İtaliyanın möhtəşəm fleyta ifaçısı, Dünyada İtaliya musiqisi və mədəniyyətinin səfiridir. O, Bakılı izləyicilərin qarşısında Yeni il bayramı ilə əlaqədar xüsusi proqramla çıxış edəcək. Rəngarəng və parlaq olması nəzərdə tutulan konsert Beynəlxalq Muğam Mərkəzi, United Cultures tərəfindən təşkil olunaraq İtaliya Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Friulia-Venezia-Giuliya regionunun patronajlığı altında həyata keçirilir. 

Bakının özünəməxsus Yeni il abu-havasına uyğun olaraq, konsertin proqramı çox möhtəşəm və zəngin nəzərdə tutulmuşdur. Belə ki, performans həm dünyaca məhşur, dahi klassik musiqi bəstəkarlarından olan Cakino Rossini, Jorj Bize, V.A. Mosartın kompozisiyalarını, həm də müasir dövrün bəstəkarlarından olan Ennio Marikone və Valter Silviottinin musiqilərini əhatə edəcək.

Bundan əlavə, Luiza Sello, Stefano Muskaritolo və Kamalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilər ilə birlikdə ifa edəcək. Bu kompozisiyalardan birinin Azərbaycanlı kontr-tenor olan İlham Nəzərov tərəfindən ifa olunacağı nəzərdə tutulur.

Luisa Sello, tarzən Sahib Paşayev ilə birlikdə tamaşaçılara Kamala Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim edəcək.