Qardaş iki uşaq anası olan bacısını bıçaqladı


Digərləri 13 Dek 2017 17:25:00 201 0

Qardaş iki uşaq anası olan bacısını bıçaqladı

Qazax rayonunda bıçaqlanma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Qazax şəhər sakini, 1982-ci il təvəllüdlü Pərvanəyeva Fərqanə Vaqif qızı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, iki övlad anası olan F. Pərvanəyeva mübahisə zəminində qardaşı tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polisə təslim olub.