Pakistanda qaz kəmərində partlayış
Dünya 13 Dek 2017 17:07:00 250 0
Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub.
Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış qaz kəmərində qeydə alınıb.
Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib.
Məlumata görə, partlayışdan dərhal sonra yanğın başlayıb. Hazırda ərazi nəzarətə götürülb, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Mənbə: milli.az