Almaniya millisinin mundialda çıxışına görə ayrılan mükafatlar açıqlanıb


İdman 13 Dek 2017 17:10:00 272 0

Almaniya millisinin mundialda çıxışına görə ayrılan mükafatlar açıqlanıb

Almaniya Futbol İttifaqı 2018-ci il dünya çempionatında çıxışa görə milli komanda üçün ayrılan mükafatın həcmini açıqlayıb. Goal.az xəbər verir ki, pul mükafatı yalnız 1/4 final mərhələsindən sonra nəzərdə tutulub. Qrup mərhələsi və 1/8 final üçün mükafat verilməyəcək.

1/4 finala vəsiqə Bundestimin hər bir üzvünə 75 min avro qazandıracaq. Alman futbolçular yarımfinala çıxmaqla şəxsi büdcəsini 125 min, finala görə isə 200 min avro zənginləşdirəcək. Milli komanda 3-cü yeri tutsa hər futbolçuya 150 ödəniləcək. Növbəti dünya çempionluğu isə 350 min avro ilə mükafatlandırılacaq.

Almaniya son dünya çempionudur. Onlar qrup mərhələsində Meksika (17 iyun), İsveç (23 iyun) və Cənubi Koreya (27 iyun) ilə qarşılaşacaq.