DÇ-2018-in iştirakçısına texniki məğlubiyyət verildi


İdman 13 Dek 2017 16:48:00 251 0

DÇ-2018-in iştirakçısına texniki məğlubiyyət verildi

FİFA DÇ-2018-ə vəsiqə qazanmış Nigeriya millisinə texniki məğlubiyyət verib.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın DÇ-2018-in seçmə mərhələsinin son turu çərçivəsində Əlcəzairlə oyunda cəzalı durumda olan futbolçudan istifadə etməsi səbəb olub.

Belə ki, həmin oyunda cəzalı Abdullay Şekunun me ydana çıxması texniki məğlubiyyətlə nəticələnib. Lakin 0:3 hesablı məğlubiyyətə baxmayaraq, Nigeriya millisinin turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Bir sözlə, bu hadisə afrikalıların DÇ-2018-də içtirakına əngəl yaratmayıb.

Nigeriya sözügedən matçda 1:1 hesablı bərabərliyə razılaşmışdı. Gələn il Rusiyada keçiriləcək mundialda bu komanda Xorvatiya, İslandiya və Argentina ilə bir qrupda mübarizə aparacaq.