Bakıda zəncirvari qəza


Digərləri 13 Dek 2017 16:30:00 249 0

Bakıda  zəncirvari qəza

Bakıda zəncirvari yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib. Prospektdə hərəkət edən beton qarışdıran yek maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Hadisə nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.

Hadisə nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib.


Xəbərə aid fotolar