Ruhani: "ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq"


Dünya 13 Dek 2017 16:03:00 276 0

Ruhani: "ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq"

"ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani "Twitter"dəki səhifəsində yazıb.

H.Ruhani bildirib ki, ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması barədə qərarı Fələstin tərəfinin hüquqlarına hörmətsizlikdir və Birləşmiş Ştatların Yaxın Şərqdə sülh prosesində heç vaxt ciddi vasitəçi ola bilməyəcəyini sübut edir.