Ərini öldürdü, məşuqunu şikəst etdi FOTO


Digərləri 13 Dek 2017 15:48:00 265 0

Ərini öldürdü, məşuqunu şikəst etdi  FOTO

Məşuqu ilə əlbir olaraq ərini öldürmək qərarına gələn qadın niyyətini gerçəkləşdirib.

Onun cinayəti tanınmış aktyorlar Con Travolta və Nikolas Keycin baş rolda oynadıqları, Hollivudun məşhur "Face off" filmini xatırladıb.

Son.az İndia Today-ə istinadən bildirir ki, cinayət Hindistanın Andhra-Pradeş ştatında, Telanqan bölgəsindəki Naqarkuruol şəhərində törədilib.

28 yaşlı Svati Reddi məşuqu Raceşlə "asudə yaşamaq" istəyirdi. Svati bunun üçün əri Sudhakar Reddini qətlə yetirmək qərarına gəlir və bu "iş"ə məşuqunu cəlb edir.

Svati ilə Raceş srağagün axşam saatlarında Sudhakarın içdiyi suya yuxu dərmanı qatıblar. Sudhakar Reddi yuxuya gedəndən sonra Svati ərinin başını kəsib. Raceş isə cəsədi şaqqalayıb, iki polietilen kisəyə yığıb.

Qadınla məşuqu həmin kisələri meşədə basdırıblar.

İzi itirmək istəyən Svati Reddi "plan"ının ikinci hissəsini gerçəkləşdirib və Raceşin razılığı ilə onun üzünə kimyəvi turşu töküb, məşuqunu eybəcərləşdirib.


Xəbərə aid fotolar