Gürcüstanda Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutuldu


Kriminal 13 Dek 2017 15:59:00 245 0

Gürcüstanda Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Azərbaycan vətəndaşını külli miqdarda narkotik vasitələrlə saxlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Marneulidə saxlanılan 1977-ci il təvəllüdlü P.Q. adlı şəxsdən iki bağlamada 6,07 qram heroin olmaqla, 11,607 qram narkotik vasitə müsadirə olunub.

Həmin şəxs saxlanılan zaman narkotik vasitələrin təsiri altında olub. O, günahını etiraf edib.