Unibankın müştərisi niyə bankın tarixinə düşdü?


Digərləri 13 Dek 2017 15:47:56 207 0

Unibankın müştərisi niyə bankın tarixinə düşdü?

Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir.

Bakı. Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı olan Unibank müştərisini “günün adamı” edən isə onun seçimidir. Bankdan Trend-ə verilən məlumata görə, Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşüb: “Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm, hətta mobil telefonumun, ailə üzvlərimin mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”. Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir: “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”. İndi Unibank müştərisi olan hər kəsin “günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla, 2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.