"Qızım ürək tutmasından ölüb" İntihar etdiyi deyilən 24 yaşlı qızın anası


Digərləri 13 Dek 2017 14:45:31 469 0

"Qızım ürək tutmasından ölüb"  İntihar etdiyi deyilən 24 yaşlı qızın anası

Qızım 24 yaşında ürək tutmasından dünyasını dəyişib. Bunu sübut edən həkim rəyi də var.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə bir neçə gün əvvəl intihar edərək dünyasını dəyişməsi haqda məlumat yayılan Əda Zeynalovanın anası Nigar Zeynalova deyib. 

O bildirir ki, qızının intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir: "Mətbuatda yazılıb ki, guya atası yeni rəhmətə getdiyi üçün qızım dözməyib intihar edib. Yalandır. Qızımın atası Vahid Zeynalov 3 il əvvəl rəhmətə gedib. Düzdür, Əda bundan sarsılmışdı, amma o ağır dövrü çoxdan keçirmişdi. Dərslərinə gedib-gəlirdi. Üstəlik, deyilir "Elmlər Akademiyası"nda olub hadisə, halbuki biz "Sovetski"də yaşayırıq".