Günel Rza Zərrabdan yazdı: “Haqlı idim...”


Digərləri 13 Dek 2017 14:34:00 353 0

Günel Rza Zərrabdan yazdı: “Haqlı idim...”

Bir müddətdir ki, Türkiyə gündəmini zəbt edən Günel Zeynalova mətbuat orqanlarına müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni instaqramda paylaşım edərək adının tez-tez eks-nişanlısı Rza Zərrabla hallanmasına etiraz edib. 

O, "Ebrunu Rzayla Günel tanış etdi" başlıqlı xəbərlərdən narahat olduğunu bildirib:

"Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir. Bir zamanlar bu mövzuda yenə haqlı idim. 

Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız.