Buffon: "Karyeram boyu heç vaxt maska taxmamışam"


İdman 13 Dek 2017 14:32:00 263 0

Buffon: "Karyeram boyu heç vaxt maska taxmamışam"

"Juventus"un kapitanı Canluici Buffon ötən gecə "La Gazzetta dello Sport"un idman xadimlərini mükafatlandırma mərasimində iştirak edib. Goal.az xəbər verir ki, idman nəşri tərəfindən "İlin ən yaxşı kişi idmançısı" seçilən veteran qapıçı gələcəyi ilə bağlı jurnalistlərə bəzi açıqlamalar verib.

"Qızıl trebl" edə bilərikmi? Həyat davam etdiyi müddətdə ümid də var. Bir neçə cəbhədə mübarizə aparanda onların arasında seçim etməməliyik. "Juventus" kimi komanda qarşısına maksimum hədəflər qoymalıdır. Ötən il hər şey yaxşı idi. Təəssüf ki, Kardifdə baş tutan final oyununda işlər qaydasında getmədi. Son mövsümüm? "Hələ ki mən yararlıyam...". Suala belə cavab verərdim. İsveçlə oyundan sonra çox ismarıclar almışdım. İnsanlar başa düşür ki, karyeram boyu heç vaxt maska taxmamışam. Bunu qiymətləndirdilər".

"Qoca senyora"nın idman direktoru Pavel Nedved bu həftə komandanın hücumçusu Dibalanı tənqid edib. Çexiyalı funksioner ona şəxsi həyatında bəzi şeyləri qurban verməyi tövsiyə edib. Buffon buna münasibət bildirərkən Nedvedin sözlərini gənc həmkarına nəsihət kimi dəyərləndirib.

"Tənqid deyil, məsləhətdir. Paveli çox yaxşı tanıyıram. Yaxşı karyerası olan bir kəs kimi bunu deməyə haqqı var. İstedad və potensial baxımından Paulo indiki "Juventus"un nömrə biridir. Nə qədər çox nəsihət qəbul etsə, o qədər parlaq karyerası olacaq".