Azərbaycan-Türkiyə-Avstriya dəmir yolları arasında memorandum imzalanıb (FOTO)


Digərləri 13 Dek 2017 14:25:00 222 0

Azərbaycan-Türkiyə-Avstriya dəmir yolları arasında memorandum imzalanıb (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də üçtərəfli görüş keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.