38 yaşlı futbolçu klubla müqaviləsini yeniləyib


İdman 13 Dek 2017 14:14:00 256 0

38 yaşlı futbolçu klubla müqaviləsini yeniləyib

"Universidad de Chile"nin 38 yaşlı yarımmüdafiəçisi David Pizarro klubla yeni anlaşma imzalayıb. Goal.az xəbər verir ki, təcrübəli havbek 2018-ci ilin dekabrına kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb. Pizarro müxtəlif vaxtlarda "Roma", "Manchester City", "Fiorentina" və "İnter" kimi klubların şərəfini qoruyub. Bu mövsüm Çili çempionatında 14 oyuna çıxan veteran futbolçu 3 dəfə fərqlənib.