ABŞ gələn il neft hasilatı üzrə Səudiyyə Ərəbistanını ötəcək


İqtisadiyyat 13 Dek 2017 13:30:05 244 0

ABŞ gələn il neft hasilatı üzrə Səudiyyə Ərəbistanını ötəcək

Ötən həftə ABŞ-da neft hasilatı tarixi rekordunu yeniləyib

Neftin qiymətində yaşanan yüksəlişin ABŞ neft hasilatını artırması nəticəsində 2018-ci ilin may ayında bu ölkədə hasilatın Səudiyyə Ərəbistanının analoji göstəricisini keçməsi gözlənilir. 

"Report" xəbər verir ki, bu proqnozu ABŞ Energetika Nazirliyinin nəzdində müstəqil qurum olan Energetika İnformasiyaları İdarəsi yayıb.

Proqnozlara görə, 2018-ci ilin mayında ABŞ-da neft hasialtı 9,99 mln. barel/günə çatacaq. Səudiyyə Ərəbistanında isə OPEC+ anlaşması çərçivəsində hasilat, təxminən, noyabr ayındakkı 9,97 mln. barel/gün səviyyəsində qalacaq.

Xatırladaq ki, ötən həftə ABŞ-da neft hasilatı tarixi rekord səviyyə - 9,707 mln. barel/gün təşkil edib. 

"Report"un analitik qrupu neft qiymətlərinin 50 dollar/bareldən aşağı düşməməsi durumunda, ABŞ neft hasilatının artırılmasını davam etdirəcək.