Venqer yaponların mədəniyyətindən nümunə göstərdi


İdman 13 Dek 2017 12:50:00 265 0

Venqer yaponların mədəniyyətindən nümunə göstərdi

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən Mançester derbisindən sonra baş verən insidentə "Arsenal"ın baş məşqçisi Arsen Venqer də münasibət bildirib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Orda konkret olaraq nə baş verdiyini bilmirəm. Böyük oyunda məğlub olmaq və rəqibin qələbəsini qeyd etməsini görmək ağırdır. Bu, həmişə biraz təhqiramiz görünür. Yaponiyada çalışdığım vaxt sumonu izləməyi xoşlayırdım. Bu idman növsündə kimin qalib gəldiyini anlamaq çətindir. Qalib rəqibinə hörmət əlaməti olaraq öz sevincini göstərmir. Bu, yaponların mədəniyyətində bir-birinə qarşı hörmətin nə qədər vacib olduğuna sübutdur. Bunu tətbiq edə bilərik? Düşünmürəm. Bizim mədəniyyət fərqlidir. Bu cür insidentlər böyük derbilərdən sonra bəzən baş verir. Hərdən emosiyalar insana üstün gəlir. Meydanda ikiqat güclə oynayandan sonra özünü yaxşı oğlan kimi aparmaq idealdır. Lakin bu, həmişə alınmır".