İki cinayət birdən açılıb


Digərləri 13 Dek 2017 13:28:00 201 0

İki cinayət birdən açılıb

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bakı. Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib. Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da aşkar edilib.