Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq insidentsiz başa çatdı


Digərləri 13 Dek 2017 13:12:00 180 0

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq insidentsiz başa çatdı

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq insidentsiz başa çatıb.

Bakı. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.