Fələstin prezidenti: “Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”


Siyasət 13 Dek 2017 13:02:32 273 0

Fələstin prezidenti: “Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”

Mahmud Abbas: “O bunula özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır”

“ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”.

“Report” xəbər verir ki, bunu Fələstin dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısında bildirib. 

“O bunula özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Britaniya belə ABŞ-ın yanında yer almayıb”, deyə o, vurğulayıb. 

M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırki statusunun dəyişdirliməsinə qarşı müqavimət göstəməkdir: "ABŞ beynəlxalq hüququ heçə sayır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin patyaxtı olacaq. Qüds olmazsa nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdı. Qüds Fələstində olmazsa sabitlik də olmayacaq.Mən bütün müsəlmanları müqqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlar bizim haqlı tələbimiz içərsində yer almaqdadır".