HƏMAS lideri saxlanıldı


Dünya 13 Dek 2017 13:03:00 275 0

HƏMAS lideri saxlanıldı

İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, saxlananlar arasında HƏMAS hərəkatının liderlərindən biri Həsən Yusif də var.

Məlumata görə, İordan çayının Qərb sahilindəki əməliyyat ŞABAK xüsusi xidməti və sərhəd polisi ilə birgə keçirilib.

Saxlanan şəxslər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra etirazlar dalğasına təşəbbüs göstərməkdə ittiham olunurlar.