Salyandakı qətliamın dəhşətli sirləri açılır Oğlu öldürülən ananın məvacibini alıb xərclədi VİDEO FOTO


Digərləri 13 Dek 2017 12:39:00 228 0

Salyandakı qətliamın dəhşətli sirləri açılır  Oğlu öldürülən ananın məvacibini alıb xərclədi  VİDEO  FOTO

Son.az ölkə.az-a istinadən Salyanda dəhşətli qətllə bağlı hazırlanan reportajı təqdim edir:

Yazını hansı adlı, hansı formada təqdim edəcəyimi bilmirəm. Çünki heç vaxt dörd qız və ananın qətlə yetirildiyi evdən reportaj hazırlamamışam. Heç ana öldürüləndən sonra onun işlədiyi yerə gedib məvacibini alıb xərcləyən oğul da görməmişəm...

... Salyanda əri tərəfindən qətlə yetirilən Mehbarə Qurbanovanın və dörd qızı İradə, Rəqibə, Sevda və Ümidənin yas mərasimi verilən evdəyik.

Mehparə Qurbanovanın qardaşı Elnur Qurbanov deyir ki, cəsədlərdən biri nisbətən təzəymiş. Ardınca açıqladığı fakt isə, sözün əsl mənasında, tükürpədicidir. Sən demə, Fəqan Əliyev anası öldürüləndən sonra onun işlədiyi yerə gedərək, verilməmiş iki aylıq məvacibini alıb:

"Görün bu nə qədər vicdansız adamdır ki, gedib bacımın işlədiyi yerdən onun iki aylıq məcavibin bir ayını alıb. Soruşublar ki, anan hardadır? Deyib ki, xəstələnib, Bakıda müalicə etdiririk. Həmin pulu da aparıb xərcləyiblər".

Mehbarə Qurbanovanın bibisi qızı Təranə xanım isə düşünür ki, Fərhad Əliyevin qohumlarından heç kimin yas mərasiminə gəlməməsi onlarda müəyyən şübhələr yaradır:

"Onların evlərinin hasarı yoxdur. Digər iki qardaşın pəncərəsi bunların evinə açılır. O boyda iyi, səs-küyü bunlar eşitməyə bilməzdilər".

Qohumu hesab edir ki, M.Qurbanova və qızlarının qətlə yetirildiyi ev sökülməli və yerində uşaq parkı tikilməlidir:

"Həmin ev Fərhadgilin ata mülküydü, bütün qardaşların orada gözü var idi. Çox istərdik ki, həmin ev sökülsün, yerində park salınsın. Çünki Nə Mehparə, nə də qızları o evdən bir xeyir görmədilər.  Xoşqədəm xanımdan da çox razıyıq ki, Yusif Mustafayevin vaxtında cavabını verdi. O düşünmədən danışdı. Ancaq sağ olsun, imkan vermədi ki, haqqımızda nahaq danışsın. Rayon rəhərliyi də bizə qardaş oldular. Bu günlərdə yanımızda idilər. Nə yaxşı ki bu işin üstü açıldı. Çünki hərə bir söz deyirdi. Təmiz adları oldu, kimlərinsə yanında xəcalətli qalmadıq".