Fədayə Laçın azadlığa buraxılmadı - YENİLƏNİB


Sosial 13 Dek 2017 12:39:00 245 0

Fədayə Laçın azadlığa buraxılmadı - YENİLƏNİB

Müğənninin özü də məhkəmə iclasında iştirak edib

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə keçirilib.

"Report"un xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Laçının özü də iştirak edib.

F.Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Jurnalistlərə açıqlama verən Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.