Antuan Qrizmann yol üstündədir


İdman 13 Dek 2017 12:32:00 237 0

Antuan Qrizmann yol üstündədir

"Manchester United" və "Atletico Madrid" artıq Antuan Qrizmanndan əlini üzüb. Goal.az xəbər verir ki, hər iki klubda fransalı hücumçunun yayda "Barcelona"ya transfer olunacağını güman edirlər. 2017-ci ilin yayında "qırmızı şeytanlar" onun xidmətində maraqlı olsa da, Qrizmann FİFA tərəfindən transfer qadağasına məruz qalmış "Atletico"da qalmağa üstünlük vermişdi. "United" 26 yaşlı forvarda yenidən maraq göstərməyə başlamış, amma onun agenti katalonların transferdə daha şanslı tərəf olduğunu bildirmişdi. Artıq "Atletico"nun bir sıra futbolçuları da Qrizmannın növbəti mövsüm "Barcelona"da oynayacağına inanır. İdman mediası bu transferin 100 milyon avroya başa gələcəyini ehtimal edir.