Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir


Digərləri 13 Dek 2017 12:18:00 294 0

Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".