Aktyorun ailəsində ağır İTKİ: "Yalvardı ki, məni ölməyə qoyma"


Kriminal 13 Dek 2017 11:40:24 261 0

Aktyorun ailəsində ağır İTKİ: "Yalvardı ki, məni ölməyə qoyma"

Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib:

"Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər. Zəng edib yalvarırdı ki, məni ölməyə qoyma. Mənə ən ağır təsir edən o oldu... Arzuları vardı. Hamısını özüylə o dünyaya apardı. Qardaş üçün bacı itkisi çox ağırdır, daşıya bilməyəcəm bu yükü. Naxçıvanda torpağa tapşırdıq. Sabah orda üç mərasimi keçiriləcək".