Türk biznesmen oğlunu öldürdü: "Uzun müddətdir işsiz idi" FOTO


Dünya 13 Dek 2017 11:34:00 268 0

Türk biznesmen oğlunu öldürdü: "Uzun müddətdir işsiz idi"  FOTO

"Uzun müddətdir ki, işsiz idi. Narkotik maddə aludəçisi idi. Bu səbəbdən tez-tez məndən pul istəyirdi. Hər dəfə buna görə dalaşırdıq. Bıçaqla üstümə gəldi. Mən də əsəblərimə hakim ola bilmədən onu öldürdüm. Çox peşmanam".

Son.az Milliyet-ə istinadla xəbər verir ki, bu sözləri oğlunu öldürən İzmirli iş adamı ifadəsində deyib.

Türkiyənin İzmir şəhərində 31 ildir fəaliyyət göstərən ayaqqabı firmasının qurucusu və rəhbəri 56 yaşlı Nimet Tarlak narkotik maddə istifadəçisi olan oğlu Burak Tarlakı ofisdə qeydiyyatda olan özünə məxsus tapança ilə atəş açaraq öldürüb.


Xəbərə aid fotolar