YARAT-da "Dağılaraq zirvələrə doğru qalxırıq" sərgisi keçiriləcək


Digərləri 13 Dek 2017 11:38:55 237 0

YARAT-da "Dağılaraq zirvələrə doğru qalxırıq" sərgisi keçiriləcək

YARAT Müasir İncəsənət Məkanında 15 dekabr-18 fevral tarixlərində "Dağılaraq zirvələrə doğru qalxırıq" adlı qrup sərgisi keçiriləcək.

Bakı. YARAT Müasir İncəsənət Məkanında 15 dekabr-18 fevral tarixlərində "Dağılaraq zirvələrə doğru qalxırıq" adlı qrup sərgisi keçiriləcək. Trend-in məlumatına görə, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır. Sərgi Reza Arameşin (Reza Aramesh), Vaciko Çaçxianinin (Vajiko Chachkhiani), Yan Fabrın (Jan Fabre), Qoşka Matsuqanın (Goshka Macuga) və Stefen Q.Rodsın (Stephen G. Rhodes) yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ikili ambisiyadan yararlanır. V.Çaçxianinin Lakin ah, mənim düşmənlərim və oh, mənim dostlarım (I), (2016) – hər iki tərəfdən yanan şam əsəri sənətkarın Orada olmayan qış (2017) adlı filmi ilə söhbətdə sərgini açır. Öz iti ilə birlikdə Gürcüstanın əsrarəngiz mənzərəsindən ötüb keçən ortayaşlı qafqazlı bir kişi yük maşınının arxasınca əcaib bir sosialist abidəsi sürükləyir. Zahirən çox adi görünən bu yol gəzintisi o dövrdə yaşamış nəslin tarix itkisini ifadə edir. Qarşısıalınmaz itki hekayəsi Stefen Q.Rodsın Vilkommen fərziyyəsi (2017) əsərinin faciəvi quruluşu ilə bir az da gücləndirilir. Bu əsər xüsusilə də Nyu-Orleanın son və tarixi təcrübəsini əks etdirərək, bizim nəslin üzləşdiyi ekoloji və iqtisadi iflasın qəbul edilməməsinin fəlakətli nəticələrinə toxunur. Növbəti məkanda Q.Matsuqanın Başlanğıcdan əvvəl və yekundan sonra (2016) silsiləsindən olan iki əsər robotlar tərəfindən çəkilmiş rəsmlərin (Patrik Tresset hazırlamışdır) siyahısını təqdim edir. Sivilizasiyanın keçdiyi tərəqqi yolu ardından bəşəriyyətin yaradıcı və dağıdıcı proseslərinə bir nəzər salırlar. Rəssamın Bəşəriyyətin oyanması və onun dağıdıcı təbiəti adlı əsəri ibtidai dövrün ox ucluqlarından tutmuş müasir heykəllərə qədər həm yerli, həm də ümumdünya tarixi və bədii artefaktlarını ehtiva edir. İnstalyasiya, robot texnologiyası vasitəsi ilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini təqdim edir. Robotlar tərəfindən çəkilmiş təsvirlərə qarşı isə Yan Fabrın əllə çəkilmiş Yerdən ulduzlara gedən yol çəkilməyib (1987) monumental parusini təqdim olunur. Əsər gecə heyvanlarının yuxuya getdiyi və gündüz heyvanlarının oyandığı mistik saatı tərənnüm edir. Təbiətin bərpaedici gücünü vurğulayan bu əsər həm təbii, həm də yaradıcı bir proses kimi davamlı yenidən canlanma dövrünə səbəb olur. Yeni və fərqli texnoloji vasitələr, valehedici təbiət və idarəolunmaz sosial-siyasi coşqunluqla əhatələnən bəşəriyyət bir daha təhlükəli vəziyyətlə üzləşir. R.Arameşin iri miqyaslı heykəlləri - Payızın bir hissəsi – renessans bağının öyrənilməsi - (2014-2016) qədim abidələrin yıxılmasını xatırladaraq, fəthdən daha çox zərər çəkmiş yeni bir qəhrəmanın yüksəlişindən xəbər verir. Beş bədii mövqeni gələcək üçün fərqli təkliflər kimi qarşılaşdıraraq, bu sərgi hər iki tərəfdən yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir kimi çıxış edir. Sərginin kuratorları Suad Garayeva-Maleki və Björn Geldhofdur.